Gənc Tamaşaçılar Teatrı Kazanda Teatr Festivalında iştirak edəcək
18 may 2009 13:45 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrı Kazanda Teatr Festivalında iştirak edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Tatarıstanın Kazan şəhərində “Nauruz” adı altında keçiriləcək IX Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatrın direktoru Mübariz Həmidovun Lent.az-a verdiyi məlumatına görə, iyunun 2-dən 6-dək keçiriləcək festivalda teatrın kollektivi Ə. Haqverdiyevin “Pəri cadu” tamaşası ilə çıxışı nəzərdə tutulur. Quruluşçu rejissoru Nicat Kazımov olan tamaşanın baş rollarını əməkdar artist Naibə Allahverdiyeva, aktyorlar Mehriban Abdullayeva, Günel Məmmədova, Elşən Rüstəmov, Rasim Səfərov, Elnur Kərimov, Kəmalə Abdullayeva ifa edəcəklər. Tamaşanın quruluşçu rəssamı isə Lətifə Quluzadədir. Teatr 29 nəfərdən ibarət qrup ilə festivala yola düşəcək. Qrupa teatrın direktoru Mübariz Həmidov rəhbərlik edəcək.
Kimyə Rüstəmova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1454

Oxşar yazılar