Britaniyalı musiqişünaslar erməni yalanının şahidi olub
Xanəndə Qoçaq Əsgərovun Böyük Britaniyada çap olunan "Sarı gəlin" adlı albomu bəzi həqiqətləri üzə çıxarıb. Lent.az-ın məlumatına görə, disk Böyük Britaniyanın "ARC Music" şirkətində buraxılıb. Diskin işıq üzü görməsi bir qrup erməninin "Sarı gəlin" haqqında fikirlərini alt-üst edib. Belə ki, diskin hazırlıqları zamanı britaniyalı musiqişünaslar xalq musiqisinin keçmişi iləbağlı araşdırma aparıb və mahnının Azərbaycana məxsus olduğunu göstərən dəlilləri aşkar edib. Bu və digər məqamlar BBC radiosunun dinləyiciləri ilə bölüşdürülüb. Dəlillər eyni zamanda musiqişünasların yazılarında əksini tapıb. Bu işin ərsəyə gəlməsində Qoçaq Əsgərova YUNESKO-nun eksperti Sənubər Bağırova yaxından kömək olub. Disk buraxılmadan öncə isə Q.Əsgərovun Böyük Britaniyada solo-konserti təşkil edilib.
Dünən xanəndə Filarmoniyada konsert verib. Konserti giriş sözü ilə açan Sənubər xanım Qoçağın ikinci imtahan qarşısında olduğunu bildirdi. Xanəndənin ilk ifası "Mürği-səhər"lə başladı. Daha sonra "Zabul" segahını dəsgah şəklində ifa edən Q.Əsgərov repertuarını "Sarı gəlin", "Saçın ucun hörməzlər" və digər xalq mahnıları və təsniflərlə zənginləşdirdi. Onu Əliağa Sədiyevin rəhbərlik etdiyi "Sarı gəlin" ansamblı müşayiət edirdi. Qoçaq Əsgərovun ifasını dinləməyə gələn Azərbaycanın Xalq artisti Arif Babayev tələbəsi haqqında xoş sözlər danışdı: "Qoçaq çalışqan tələbələrimdən olub. Eyni zamanda o, vətənpərvər insandır. Bildiyimə görə, atəşkəsdən əvvəl könüllü hərbi hissəyə gedib və Füzulidə gedən döyüşlərin birində ağır yaralanıb. Bir neçə il əvvəl o, Asəf Zeynallı adına Texnikumda təhsil alıb. Daha sonra Azərbaycan Milli Konservatoriyasında mənim tələbəm oldu. Muğam Müsabiqəsində də özünü sınayıb və yüksək yerlərdən birinə layiq görülüb. Onun gələcəyinə inanıram. Qoçaq muğamlarımızın inkişafında böyük işlər görməyi qarşısına məqsəd qoyub".
Konserti dinləyən xanəndələr Ağaxan Abdullayev, Sabir Abdullayev, Qəzənfər Abbasov, Cabir Abdullayev Qoçaq Əsgərovun ifasını yüksək qiymətləndirdilər.
Lalə Yusifqızı

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23