Yaşar Nurinin qayıdışı ləngiyir
25 yanvar 2011 19:01 (UTC +04:00)

Yaşar Nurinin qayıdışı ləngiyir

Türkiyənin İstanbul şəhərinin Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nurinin vətənə qayıdışı ləngiyir. Bunu APA-ya açıqlamasında Yaşar Nurinin özü deyib. Aktyor bildirib ki, fevralın 10-na kimi vətənə qayıtmayacaq: “Bilirəm ki, ayın 10-na qədər dəqiq burdayam. Ondan sonra nə zaman gələcəyim bəlkə dəqiqləşər. Hələ ki məni buraxmırlar. Hər birinizi tezliklə görmək istəyirəm. Allah bu arzumu həyata keçirəcək”.

Y. Nuri müalicəsinin davam etdiyini və səhhətində irəliləyiş müşahidə olunduğunu söyləyib: “Sizin vasitənizlə bütün Azərbaycan xalqını salamlayıram. Bilirəm ki, hamı mənə görə narahatdır, ancaq siz bildirin ki, hər şey yaxşıdır. Şükür Allaha danışıram, ağrılarım azalıb. Bu gün məni televiziyaya da çəkiblər. Tamaşaçılar baxıb görəcəklər ki, hər şey qaydasındadır. Düzdür, çox darıxıram, tez bir zamanda gəlmək istəyirəm. Ancaq səbr edirəm, əlimdən heç nə gəlmir”.

Qeyd edək ki, Yaşar Nuri ötən ilin noyabr ayında müalicə üçün İstanbula aparılıb.
# 542

Oxşar yazılar