“Göyçək Fatma” Gənc Tamaşaçılar Teatrında
Teatr bu dəfə kiçik yaşlı tamaşaçılarına Azərbaycan xalq nağılı “Göyçək Fatma”nı təqdim edəcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iki hissəli sehrli nağıl janrında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor və xoreoqrafı Nicat Kazımovdur. Tamaşanın musiqi tərtibatı Cahangir Zülfüqarova məxsusdur. Tamaşada əsas rolları əməkdar artistlər Seyidşah Məmmədov, Nübar Novruzova, Kübra Dadaşova, Naibə Allahverdiyeva, Qəmər Məmmədova, Lətifə Əliyeva, aktyorlar Sərvər Əliyev, Almaz Mustafayeva, Təhminə Məmmədova, Xalidə Əliməmmədova, Zülfiyyə Alhüseynova, Şəbnəm Hüseynova və başqaları ifa edirlər.
Tamaşanın premyerası fevral ayının 6-da saat 12.00 və 15.00-da gerçəkləşəcək.
Xəyalə
Tamaşanın premyerası fevral ayının 6-da saat 12.00 və 15.00-da gerçəkləşəcək.
Xəyalə
864