Pantomima Teatrının keçmiş aktyorlarının ilk yeniliyi
21 yanvar 2011 13:55 (UTC +04:00)

Pantomima Teatrının keçmiş aktyorlarının ilk yeniliyi

Pantomima Teatrının sabiq aktyorları Pərviz Məmmədrzayev və Qurban Məsimovun yeni yaratdığı “Simsar” teatr studiyası ilk tamaşası ilə ictimaiyyətə təqdim olunacaq. Teatr Studiyasının açılışı “Vaqa” tamaşasının nümayişi ilə baş tutacaq. Tamaşa yanvarın 27-də Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdiriləcək.

“Simsar” teatr studiyasının və “Simsar Production”un direktoru İradə Nurəddinqızının Lent.az-a verdiyi məlumata görə, dörd müxtəlif səhnəciklərdən ibarət olan pantomim tamaşa bir saat davam edəcək. Teatr studiyasının ilk tamaşasına bilet satışı nəzərdə tutulmayıb. Həmin gün tamaşanı ancaq dəvətlilər izləyə biləcəklər. Dəvətlilər sırasında Pantomima Teatrının bədii rəhbəri Bəxtiyar Xanızadə, direktoru Elman Rəfiyev də var.

İradə Nurəddinqızı qeyd edib ki, yeni yaradılan “Simsar” Teatr Studiyasının bədii rəhbəri uzun müddət Pantomima Teatrının aktyoru olmuş əməkdar artist Pərviz Məmmədrzayevdir. Pantomima Teatrının digər məşhur aktyorlarından biri olan Qurban Məsimov da yeni yaradılan teatr studiyasında aktyor və rejissor kimi işə başlayıb.

Teatr studiyasının direktoru vurğulayıb ki, hazırda teatr studiyası kimi yaradılan “Simsar”ın gələcəkdə teatr kimi fəaliyyət göstərməsi də nəzərdə tutulub.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 853

Oxşar yazılar