Rejissor Vaqif İbrahimoğlu müalicəsini başa vuraraq, Bakıya qayıdıb
20 yanvar 2011 23:58 (UTC +04:00)

Rejissor Vaqif İbrahimoğlu müalicəsini başa vuraraq, Bakıya qayıdıb

Bu barədə APA-ya teatrın direktoru Tərlan Rəsulov məlumat verib. O, Vaqif İbrahimoğlunun özünü yaxşı hiss etdiyini bildirib: “Vaqif müəllimi Yuğ Teatrının bütün kollektivi ilə birgə qarşıladıq. Uzun yol gəldiyi üçün bir az yorğun idi. Amma ümumilikdə şükür Allaha ki, hər şey yaxşıdır. Müalicəsi burada da ev şəraitində davam etdiriləcək”.

T. Rəsulov müalicənin ilk kursunun uğurla başa çatdığını vurğulayıb, növbəti müalicə kursu keçməsi üçün V. İbrahimoğlunun yenidən Ankaraya getməsinin nəzərdə tutulduğunu bildirib.

Teatr rəhbəri onu da açıqlayıb ki, V. İbrahimoğlu növbəti həftənin bazar ertəsindən, yanvarın 24-dən artıq işə çıxacaq. Türkiyədə müalicəsi boyu Vaqif İbrahimoğlunun yanında olan teatrşünas Məryəm Əlizadə də rejissorla birgə Vətənə dönüb.

Xatırladaq ki, V. İbrahimoğlu ötən il noyabrın 26-da müalicə üçün Türkiyəyə gedib. Ağciyərində problem yaranan rejissor Ankaradakı Qazi Universitetinin xəstəxanasında müalicə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar