Əbülfəs Qarayev turizm sektorunun nümayəndələri ilə görüşüb
Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, görüşdə respublika prezidenti yanında keçirilən müşavirə zamanı Mədəniyyət və Turizm nazirliyinin hesabatında təqdim olunan faktlar və turizmin inkişafında müşahidə olunan müsbət tendensiyalar, Azərbaycanda turizmin inkişafına xidmət edən infrastrukturun yaranması və getdikcə inkişaf etməsi haqqında fikirlər bir daha vurğulanıb.
Görüş zamanı Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı ilkin tədbirlər planı müzakirə olunub, bilavasitə turizm şöbəsinin və nazirliyin digər strukturlarının, ayrı-ayrı turizm şirkətlərinin və otel rəhbərlərinin qarşısında duran vəzifələr müəyyən edilib, Azərbaycanda turizmin qeyri neft sektoru olaraq respublika iqtisadiyyatında daha nə kimi rol oynaya biləcəyi perspektivləri nəzərdən keçirilib.
Nazir Əbülfəs Qarayev ölkə prezidentinin tapşırıqlarını əsas tutaraq turizm sektorunda çalışanları fəal olmağa, beynəlxalq və yerli turizm sərgilərində mütəmadi iştirak etməyə, bu sahənin inkişafına xidmət edə biləcək yeni və cəsarətli, Azərbaycan turizmini beynəlxalq standartlar səviyyəsinə daha da yaxınlaşdıracaq təkliflərlə çıxış etməyə dəvət edib.
Daha sonra turizm şirkətləri və otel rəhbərləri mövcud problemlərdən danışıb və təkliflərlə çıxış ediblər.
Xəyalə Muradlı

647