Natiq Rəsulzadənin iki yeni kitabı təqdim olundu
17 yanvar 2011 15:59 (UTC +04:00)

Natiq Rəsulzadənin iki yeni kitabı təqdim olundu

Lent.az-ın məlumatına görə, “Ev” və “Oxunan fikirlər” adlı yeni kitablarında müəllifin povest və hekayələri yer alıb. Mərasimi AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev idarə edib. Mərasimə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, xalq artistləri Fuad Poladov, Həmidə Ömərova və digər mədəniyyət, ədəbiyyat işçiləri xadimləri qatılıb.


AYB-nin sədri, xalq yazıçısı Anar çıxışında Natiq Rəsulzadənin yaradıcılığı barədə söhbət açıb. O bildirib ki, tədbirdə çoxsaylı qurumların rəhbərlərinin iştirak etməsi Natiq Rəsulzadənin uğurudur.


Qeyd edək ki, tanınmış yazıçı, kinodramaturq Natiq Rəsulzadə 30-a yaxın kitabın, çoxsaylı povest və hekayələrin müəllifidir. Bakı, Moskva, Macarıstan, Bolqarıstan, Çexoslavakiyada kitabları çap olunub. Əsərləri əsasında 15 film çəkilib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741

Oxşar yazılar