Fotoqraflar Birliyinin sədri istefa verib
17 yanvar 2011 11:18 (UTC +04:00)

Fotoqraflar Birliyinin sədri istefa verib

Bu faktı APA-ya təsdiqləyən Asiyat Fətullayeva istefasının səbəblərini açıqlayıb. O, eləcə də AFB-nin üzvlərinə müraciət ünvanladığını deyib: “Keçən il ərzində görülən bütün işləri sadalamağa ehtiyac yoxdur. Birliyin üzvləri və mətbuat keçirdiyimiz bütün tədbirlər haqqında məlumatlı olub. Etiraf etməliyəm ki, bu layihələrin həyata keçməsi üçün şəxsi zamanımı və fərdi səylərimi sərf etmişəm. Bu tədbirlər üçün gözləniləndən də çox çalışmışam. Bu da öz növbəsində mənim şəxsi işlərim və yaradıcı planlarıma təsir edib. Hətta onlardan çoxunu təxirə salmaq, hətta ixtisar etmək məcburiyyətində olmuşam. Çünki Azərbaycan Fotoqraflar Birliyinin işi mənim üçün həmişə ön sıralarda olub. Hesab edirəm ki, prioritetlərimi müəyyən etməyə və şəxsi işgüzar layihələrim üzərində işləməyin vaxtı çatıb”.
A.Fətullayeva qeyd edib ki, AFB-nin İdarə Heyətinin sədrliyindən istefa versə də, bundan sonra da görəcəyi işlərin foto incəsənəti ilə bağlı olacağını vurğulayıb.


Qeyd edək ki, Azərbaycan Fotoqraflar Birliyi (AFB) 1998-ci il noyabrın 20-də Ədliyyə Nazirliyində qeydə alınıb. AFB-nin əsas məqsəd və vəzifəsi milli foto sənətini inkişaf etdirmək, ölkədə və xaricdə onun nailiyyətlərini yaymaq, foto irsimizdən yaradıcılıqla bəhrələnib onu qorumaqdır. Asiyat Fətullayeva bu birliyə 2009-cu ilin yayından sədrlik edib. Ondan əvvəl qurumun sədrliyini Rafiq Qəmbərov, sonra isə Şahin Hüseynzadə həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar