“Şəhidlər ölməz! Vətən bölünməz!”
Yanvarın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Şəhidlər ölməz! Vətən bölünməz!” adlı tədbir gerçəkləşəcək. Gənc Tamaşaçılar Teatrı, Dünya Azərbaycanlıları Konqresi və “Bura Vətəndir” məclisinin birgə layihəsi əsasında keçiriləcək tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının əziz xatirəsinə həsr ediləcək.
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir rəsmi və bədii hissədən ibarət olacaq. Rəsmi hissədən sonra yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası göstəriləcək.
Xəyalə

668