“Azdrama”da müsabiqəni keçirəcək komissiyanın tərkibi açıqlandı
13 yanvar 2011 15:27 (UTC +04:00)

“Azdrama”da müsabiqəni keçirəcək komissiyanın tərkibi açıqlandı

Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin teatr sektorunun müdiri Naidə İsmayılzadə APA-ya açıqlamasında komissiyaya ümumilikdə 8 nəfərin cəlb olunduğunu deyib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sədrlik etdiyi komissiyada Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, nazirliyin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, teatr sektorunun müdiri Naidə İsmayılzadə, teatrşünaslar Məryəm Əlizadə və Aydın Talıbzadə, eləcə də bir hüquqşünas təmsil olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar