Alim Qasımov xanımı ilə İrana istirahətə gedib
Ustad xanəndə, xalq artisti Alim Qasımov bir aydan artıqdır ki, yaradıcılığına fasilə verib. Xanəndə xanımını da götürüb İrana dincəlməyə gedib. Niyə məhz İrana? Çünki həmin ölkədə Alim Qasımovun yaxşı, etibarlı dostları var. Qızı Fərqanə Qasımova Lent.az-a açıqlamasında deyir ki, atam çoxdandır ki, “yüz ildir oxuyuram, bir az da dincəlsəm yaxşı olardı”- deyirdi: “Atamın yüz ildir oxuyuram deməsi təbii ki, sözün məcazi mənasındadır, amma fərqinə varanda görürsən ki, məntiqlə də elə düzgün ifadə olunub. Onun oxumadığı muğamımız yoxdur. Azərbaycanda heç ifa olunmayan, çoxdan ifa olunmayan, az qala unudulmağa məruz qalan muğamlarımızı da ifa edib. Ənənəvi muğamların isə hərəsini həqiqətən yüz dəfə ifa edib. O baxımdan bu əziyyətləri bir yerə toplayanda yüz il eləyir. İstirahətə isə onları zor gücünə göndərdik. Anamın əziyyəti atamınkından da çoxdur. Mənim də, atamın da uğurlarımızın arxasında anamın əziyyəti durur. İnanın ki, onlar İrana gedəndən anamın çiyinlərindəki yük mənim çiyinlərimə düşüb və indi tam çılpaqlığı ilə anlayıram ki, bizim səhnədə arxayın olmağımız, sənətimizlə problemsiz məşğul olmağımız anama nələrin bahasına başa gəlir.”
Ata-anasının dincəlməyi Fərqanənin ailə qayğıları ilə yüklənməsinə səbəb olub. Fərqanə Qasımova da atası gedəndən məşqləri dayandırıb: “Atamsız məşq etmək onsuz da alınmaz, üstəlik də qayğılarım artdığından onların gəlişinə qədər məşqləri saxlamalı olmuşam. Qoy, rahat dincəlsinlər. Hər ay qastrollarımız olurdu, dincələ bilmirdik. Avropada baş verən təbii fəlakətlər bizə fürsət verdi ki, atam bir qədər dincəlsin. Artıq fevral ayından qastrollarımıza start veriləcək.”
Onu da deyək ki, Fərqanə Qasımova özü də səhnədə tək konsert vermək fikrindədir. O, bu niyyətini yaz aylarında Bakıda həyata keçirmək istəyir.
Alim Qasımov isə xanımı ilə fürsətdən istifadə edib getdiyi istirahətdən ayın sonlarında dönəcək.

880