Seyran Cəfərliyə 90-cı mükafat BMT-dən gəldi
20 dekabr 2010 12:47 (UTC +04:00)

Seyran Cəfərliyə 90-cı mükafat BMT-dən gəldi

Tanınmış karikatura ustası, müxtəlif beynəlxalq müsabiqələrin laureatı Seyran Cəfərli növbəti imzaya uğur atıb. Karikaturaçının sayca 90-cı mükafatı Birləşmiş Millətlər
Təşkilatından gəlib. Onun “Həqiqət carçısı” əsəri BMT-nin Ranan Lurie adına beynəlxalq karikatura müsabiqəsində “Mükəmməliyyət” ödülünə layiq görülüb.

Bu barədə Lent.az-a məlumat verən karikaturaçının sözlərinə görə, BMT siyasi karikatura ustası Ranan Lurie adına təsis etdiyi bu beynəlxalq karikatura müsabiqəsini hər ilin sonunda keçirir. Yarışmada müxtəlif yazıçı və rəssamların, BMT-nin prinsiplərini təsvir, siyasi cizgi mükəmməlliyi və ən yüksək standartı təbliğ edən əsərləri dəyərləndirilir. Seyran Cəfərlinin əsəri də məhz münsiflər heyətinin qərarı ilə adı çəkilən mükafatı qazanıb: “Münsiflər heyətinin sədri Nobel mükafatı laureatı Elie Viesel idi. Üzvləri arasında isə BMT-nin Müxbir Assosiasiyasının prezidenti Giampaolo Pioli, Yazıçılar və Rəssamlar Cəmiyyətinin prezidenti Hans Janitschek vardı. Hesab edirəm ki, jüri əsərləri dəyərləndirərkən obyektivlik nümayiş etdirdilər. Birinci və üçüncü yerə Braziliya, ikinci yerə İsveçrə təmsilçiləri çıxdı”.

Karikatura ustası əsərinə verilən bu böyük dəyərdən hədsiz qürur duyduğunu və bundan sonra da daha yeni uğurlara imza atacağına əmin olduğunu bildirib.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426

Oxşar yazılar

Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film

Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film

5 may 2025 , 16:51
Hollivud  batmaq üzrədir...

Hollivud batmaq üzrədir...

5 may 2025 , 15:41
2024-ün ən uğursuz və ən gəlirli   filmləri - SİYAHI

2024-ün ən uğursuz və ən gəlirli filmləri - SİYAHI

5 may 2025 , 13:43
Bir gecədə bitirəcəyiniz 5 mini serial  -VİDEO

Bir gecədə bitirəcəyiniz 5 mini serial -VİDEO

5 may 2025 , 12:10
"Avroviziya 2025"də   şərhçilərimiz kimlər olacaq?

"Avroviziya 2025"də şərhçilərimiz kimlər olacaq?

5 may 2025 , 11:22
Ernest Heminqueyin nəvəsi kimdir?  - Evində ölü tapılan  model

Ernest Heminqueyin nəvəsi kimdir? - Evində ölü tapılan model

4 may 2025 , 18:08
Roma imperiyası niyə dağıldı?  - Alimlər  AÇIQLADI

Roma imperiyası niyə dağıldı? - Alimlər AÇIQLADI

3 may 2025 , 20:15
Azərbaycanda aktyor ağır xəstəlikdən  vəfat etdi

Azərbaycanda aktyor ağır xəstəlikdən vəfat etdi

3 may 2025 , 10:37