Aktyor Coşğun Rəhimovun boğazından 120 şiş çıxarılıb
“Aktyor Coşğun Rəhimovun boğazından 120 şiş çıxarılıb və onun boğazına 240 tikiş atılıb”. Bu barədə APA-ya açıqlama verən “Bu şəhərdə”nin prodüsseri Müşfiq Abbasov bildirib ki, Coşğun Rəhimovun boğazında cərrahiyyə əməliyyatı 12 saat davam edib. Əməliyyat Bakıdakı Mərkəzi Neftçilər Xəsətxanasında aparılıb.
M. Abbasov deyib ki, şişlərdən bəziləri aktyorun səs tellərinin üzərində yerləşdiyindən Ç. Rəhimova 40 gün müddətində danışmaq qadağan olunub: “Əməliyyatdan artıq bir müddət keçir. Coşğun hazırda özünü yaxşı hiss edir. Düzdür, danışmağa icazə verilmir, ancaq ümumi vəziyyəti yaxşıdır. Coşğunun əməliyyatı Türkiyədə təhsil almış azərbaycanlı həkim Araz Əliyev tərəfindən çox uğurla həyata keçirildi. Əməliyyat dövründə Coşğunun çəkisində azalma var idi, amma indi yaxşıdır. Bir müddət ona duzdan, dəniz məhsullarından, yağlı xörəklərdən istifadə etmək olmaz. Naxçıvandan xüsusi yodsuz duz gətirirlər, ancaq ondan istifadə edir. İndi çəkisi düzəlib, evdədir”.
M. Abbasovun sözlərinə görə, C. Rəhimov yanvarın 2-də xüsusi müalicə kursu keçmək üçün Türkiyənin İzmir şəhərinə gedəcək və 15 gün orada qalacaq: “Hər altı aydan bir Coşğun ora gedəcək və lazımi müalicə alacaq. Olduqca çətin əməliyyatdır, ancaq çox şükür ki, hər şey yaxşı qurtardı. Çox qəribədir ki, Coşğunun nəslində heç kim bu xəstəlikdən əziyyət çəkməyib. Birdən-birə ortaya çıxdı. Həkimlər Coşğuna səhnəyə çıxmağı qadağan etməyiblər. O, yenə səhnədə olacaq”.
M. Abbasov qeyd edib ki, Coşğun Rəhimov və Rafael İsgəndərov martda yeni konsert layihəsi ilə pərəstişkarlarının görüşünə gələcək.

Oxşar yazılar

Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03