
Şərif Ağayarın “Aftafalı Antrakt”ı
Yazar Şərif Ağayarın yeni nəsr kitabı işıq üzü görüb. Kitab “Aftafalı Antrakt” adlanır. Kitab barədə Lent.az-a məlumat verən müəllif bildirib ki, kitab “E.L.” nəşriyyatında çap olunub. Burada onun povest və hekayələri yer alıb. Kitab “Laçınsız ilk gün”, “Antrakt” və “Kosmos əsrinin gerçəkləri” bölmələrindən ibarətdir. Kitabda oxucular tərəfindən qəzet və jurnallarda, eləcə də internet saytlarında maraqla qarşılanan hekayələrlə yanaşı, yeni nümunələr də var. Rəngarəng mövzuları əhatə edən hekayələrin çoxu son illər yaşanan hadisələrdən, Qarabağ faciəsinə düçar olmuş insanların çətin həyatından bəhs edir. Kitab müəllif sözü ilə açılır və redaktor Əsəd Cahangirin yazara ünvanladığı təəssürat məktubu ilə davam edir.
Qeyd edək ki, “Aftafalı Antrakt” Şərif Ağayarın sayca üçüncü kitabıdır. Bundan öncə yazarın “Səhra məsnəvisi” (şeirlər) və “Kərpickəsən kişinin dastanı” (povest) kitabları işıq üzü görüb.
“Aftafalı Antrakt” kitabını “Əli və Nino” və “Akademikkitab” mağazalarından əldə etmək olar.
Xəyalə
Qeyd edək ki, “Aftafalı Antrakt” Şərif Ağayarın sayca üçüncü kitabıdır. Bundan öncə yazarın “Səhra məsnəvisi” (şeirlər) və “Kərpickəsən kişinin dastanı” (povest) kitabları işıq üzü görüb.
“Aftafalı Antrakt” kitabını “Əli və Nino” və “Akademikkitab” mağazalarından əldə etmək olar.
Xəyalə
Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26