Rus Dram Teatrının əməkdaşlarına fəxri adlar verilib
Azərbaycan prezidenti İlham Əliyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Nikuşina Aleksandra Konstantinovna “Xalq Artisti”, Aslanova Elmira Ramazanovna, İbrahimova Naina Ağaəli qızı, Nağıyev Ömür Məlik oğlu və Spitsina Yelena Eduardovna “Əməkdar Artist”, Fyodorov Aleksandr Petroviç “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.
Prezident İlham Əliyev həmçinin Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı heyətini və bütün işçilərini bu mədəniyyət ocağının 90 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Teatrınız fəaliyyətə başladığı vaxtlardan etibarən respublikamızda teatr sənətinin inkişafı naminə mühüm xidmətlər göstərib. Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda dünya dramaturji irsinin gözəl nümunələrinin səhnə təcəssümü tapmasında aktyorlarınızın böyük rolu vardır. Milli dramaturgiyamızın görkəmli simalarının həmişə ustalıqla canlandırdığınız əsərləri teatrsevərlər tərəfindən yüksək qiymətə layiq görülüb. Siz uzun illər boyu rus teatrının zəngin ənənələrindən bəhrələnməklə Azərbaycan-rus mədəni əlaqələrinin möhkəmlənməsinə töhfələr vermisiniz. Təqdirəlayiq haldır ki, teatrınız daim rəngarəng repertuarı ilə tamaşaçıların bir çox nəslinin hüsn-rəğbətini qazanıb. Teatrınızın salnaməsini təşkil edən parlaq səhifələr ayrı-ayrı illərdə burada çalışmış və ölkəmizin hüdudlarından kənarda da tanınmış istedadlı sənətkarların adları ilə sıx bağlıdır. İnanıram ki, yaradıcı heyətiniz öz ənənələrinə sadiq qalaraq bundan sonra da axtarışlarını müvəffəqiyyətlə davam etdirəcək və ölkəmizdə teatr sənətinin inkişafında bundan sonra da mühüm rol oynayacaqdır”.

Oxşar yazılar

Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03