Jerar Depardye İçəri Şəhərdə olub
14 dekabr 2010 17:24 (UTC +04:00)

Jerar Depardye İçəri Şəhərdə olub

Azərbaycanda səfərdə olan dünya şöhrətli fransız aktyoru Jerar Depardye bu gün İçəri Şəhərlə tanış olub. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, məşhur aktyorun gəzintisi ölkəmizin ən möhtəşəm abidələrindən olan Qız Qalası ilə tanışlıqla başlayıb.


Xəzər dənizinin kənarında silindrik formada tikilmiş, nadir quruluşa malik Qız Qalasının Bakının simvolu və YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş abidə olduğu nəzərə çatdırılıb. Jerar Depardye Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisindəki müxtəlif dövrlərə aid bədii daş yonma sənətinin nümunələrinə tamaşa edib.


Buxara karvansarasında olan aktyora bu abidənin Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verdiyi və öz ilkin memarlıq quruluşunu saxladığı bildirilib. Elektromobillərlə davam edən gəzinti zamanı İçəri Şəhər, Qoşa Qala Qapıları və yaxınlığındakı meydan barədə maraqlı tarixi məlumatlar qonağın diqqətinə çatdırılıb.


Azərbaycan xalqının mədəni irsinin incisi “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanışlıq zamanı kompleks haqqında ətraflı məlumat verilib. Kompleksə daxil olan abidələrin üzərindəki naxışlar Jerar Depardyenin xüsusi marağına səbəb olub. 2002-ci ildən fəaliyyət göstərən Miniatür kitab muzeyində olan qonaq muzeyin zəngin ekspozisiyası ilə də tanış olub.


Gəzinti zamanı aktyor həmçinin milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq edilib. Sonda Jerar Depardye İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb və Qədim Şəhərə heyran olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805

Oxşar yazılar

Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film

Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film

5 may 2025 , 16:51
Hollivud  batmaq üzrədir...

Hollivud batmaq üzrədir...

5 may 2025 , 15:41
2024-ün ən uğursuz və ən gəlirli   filmləri - SİYAHI

2024-ün ən uğursuz və ən gəlirli filmləri - SİYAHI

5 may 2025 , 13:43
Bir gecədə bitirəcəyiniz 5 mini serial  -VİDEO

Bir gecədə bitirəcəyiniz 5 mini serial -VİDEO

5 may 2025 , 12:10
"Avroviziya 2025"də   şərhçilərimiz kimlər olacaq?

"Avroviziya 2025"də şərhçilərimiz kimlər olacaq?

5 may 2025 , 11:22
Ernest Heminqueyin nəvəsi kimdir?  - Evində ölü tapılan  model

Ernest Heminqueyin nəvəsi kimdir? - Evində ölü tapılan model

4 may 2025 , 18:08
Roma imperiyası niyə dağıldı?  - Alimlər  AÇIQLADI

Roma imperiyası niyə dağıldı? - Alimlər AÇIQLADI

3 may 2025 , 20:15
Azərbaycanda aktyor ağır xəstəlikdən  vəfat etdi

Azərbaycanda aktyor ağır xəstəlikdən vəfat etdi

3 may 2025 , 10:37