“Jerar Depardyeni Bakıya gətirmək çətin olmadı”
Lent.az-ın məlumatına görə, bunu Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Jerar Depardye Bakıda bir neçə gün qalacaq və regionları da gəzəcək.
Aktyor dekabrın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunacaq “Karmen” tamaşasından əvvəl səhnəyə çıxaraq, Prosper Morimenin “Karmen” novellasından seçilən hissələri səsləndirəcək. Həmin gün J.Bizenin “Karmen” tamaşası Qalina Vişnyevskayanın Opera Mərkəzinin solistlərinin ifasında Rastropoviç adına IV Beynəlxalq Festival çərçivəsində təqdim olunacaq. Əsas partiyaları məşhur müğənnilər, vokalistlərin beynəlxalq müsabiqələrinin laureatları Alina Şakirova (Karmen partiyası), Oleq Dolqov (Xoze partiyası), Anastasiya Privoznova (Mikaella partiyası), həmçinin həmyerlimiz, Rusiyanın Dövlət Akademik Böyük Teatrının solisti Elçin Əzizov (Eskamilio partiyası) ifa edəcək. Operanın dirijoru məşhur Rusiya dirijoru Yaroslav Tkalenko olacaq. Tamaşanın quruluşçu-rejissoru İvan Popovskiydir.
Xəyalə Muradlı

Oxşar yazılar

Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03