Olqa Rostropoviç: “Hər dəfə Bakıya gələndə xoşbəxt oluram” –
Festivalla əlaqədar dekabrın 10-da Leopold və Mstislav Rostopoviçlərin ev muzeyində Mstislav Rostropoviç Fondunun rəhbəri, dahi maestronun qızı Olqa Rostrapoviç mətbuat nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, Olqa Rostropoviç ilk olaraq Bakıya gələn zaman yaşadığı təəssüratları bölüşüb: “Hər dəfə Bakıya gələndə xoşbəxt oluruq. Bakı bizim doğma şəhərimiz sayılır. Buranın qonaqpərvərliyi, istiqanlılığı bizi sevindirir. Üstəlik Moskvanın soyuğundan, şaxtalı havasından ayrılıb buranın isti havasını görmək də çox xoş oldu”.
Festival barədə geniş bilgi verən Olqa Rostropoviç əvvəlkilərdən fərqli olaraq, builki festivalın daha geniş miqyas aldığını söyləyib. Onun sözlərinə görə, məhz IV Beynəlxalq Rostropoviç Festivalı öncəki festivalların pik zirvəsi sayılır. Çünki builki festivala dünyanın ən məşhur musiqiçiləri də qatılacaq. Bunların arasında dünya şöhrətli dirijor Zubin Meta da var. Məşhur fransız aktyoru Jerar Depardye isə “Karmen” operasının nümayişindən öncə Bakıda səhnəyə çıxacaq.
O.Rostropoviç bildirib ki, festivalın açılış günü dekabrın 12-də - Heydər Əliyevin xatirə günündə olacaq: “Açılışı həmin gün etməklə bu iki şəxsiyyətin xatirəsini birlikdə yad edək. Festival qeyri-adi şəkildə açılacaq. Gənclər Orkestri çıxış edəcək. Belə bir orkestrin yaradılması atamın istəyi olub. Amma onun vəfatından sonra yaradılıb”.
Daha sonra fond rəhbəri festivalın proqramını açıqlayıb. Onu da əlavə edib ki, 2011-ci il həm atasının 85, həm də festivalın 5 illik yubileyi olacaq. Bu səbəbdən də IV Beynəlxalq Rostropoviç Festivalı başa çatan kimi, gələn ilki festivala hazırlıq işləri başlayacaq.
Xəyalə Muradlı

815