Sərxan Kərəmoğlu: “Abdulla Güllə görüşdüm”
Lent.az-ın məlumatına görə, görüş Türkiyədə keçirilən Dövlətlərarası İş Platformasında gerçəkləşib.
Ayaq üstə davam edən kiçik söhbət zamanı S.Kərəmoğu rəhbərlik etdiyi qurumlar və onun fəaliyyəti haqqında qardaş ölkənin prezidentinə məlumat verib. Azərbaycan sənəti və sənətçiləri haqqında müəyyən informasiyaya malik olduğunu bildirən Gül S.Kərəmoğlunun iki ölkə ilə bağlı olan fəaliyyətini təqdirəlayiq hesab edib.
Sərxan Kərəmoğlunun bildirdiyinə görə, onun bu günlərdə daha bir görüşü Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovla olub. Səfiri yeni fəaliyyət planları barədə məlumatlandıran rejissor ondan böyük dəstək alıb. Fəaliyyəti yönündə Azərbaycan mədəniyyətinin qonşu ölkədə təbliğinə böyük önəm verən səfir Sərxanın yaratdığı teatra diqqətin ayrılmasının vacibliyini vurğulayıb. Səfir söhbəti zamanı qeyd edib ki, Azərbaycan Mədəniyyət Nazirliyi və şəxsən nazir Əbülfəs Qarayev özü incəsənətimizin xarici dövlətlərdə təbliği istiqamətində böyük işlər görür. Yaxın zamanlarda isə bir sıra ölkələrdə Azərbaycan Mədəniyyəti Mərkəzlərinin yaradılması nəzərdə tutulub. Səfir Sərxan Kərəmoğlunun rəhbərlik etdiyi eyni adlı qurumun fəaliyyətini də bu sıradan təqdirəlayiq hesab etdiyini xüsusi olaraq bildirib.
Yeni yaradılan Qarabağ-Azərbaycan-İstanbul Teatrına gəlincə, artıq sənət ocağının heyəti müəyyən edilib. Teatrın bədii rəhbəri 18 ildir Türkiyədə müəllim kimi çalışan Hilal Həsənov, baş müdiri keçmiş millət vəkili Çimnaz Əliyevadır. Hazırda teatrda “Fatihdə toy” adlı tamaşanın məşqləri gedir. Tamaşanın ssenari müəllifi Lalə Mağbəliyevadır.
Xatırladaq ki, noyabrın 12-də eyniadlı tamaşanın ilk hissəsi Moskvada oynanılıb. Bütöv şəkildə Türkiyə təqdimatı isə fevral ayına nəzərdə tutulub.
Lalə

Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39