“Eurovision”un yeni icraçı direktoru təyin edilib –FOTO
EBU-nun mətbuat xitmətindən APA-ya verilən məlumata görə, bu vəzifəyə Jon Ola Sand təyin edilib. J. O. Sand bu vəzifənin icrasına 2011-ci il yanvarın 1-dən başlayacaq. O, səkkiz il bu vəzifəni icra edən Svante Stokseliusu əvəz edəcək. Məlumatda bildirilib ki, bu vəzifəni icra etmək üçün təxminən 10 ölkədən 40-a yaxın şəxs namizədliyini irəli sürüb.
J. O. Sand 15 il Norveçin “NRK” və “TV 2” televiziya kanallarında fəaliyyət göstərib. O, həm də Beynəlxalq Televiziya Akademiyasının üzvüdür. Bu akademiya hər il “Emmy” mükafatının təşkilatçılığında iştirak edir. 1998-2005-ci illərdə J. O. Sand Norveçin “Eurovision” nümayəndə heyətinin rəhbəri olub. 2005-ci ildən isə NRK-nın redaktor vəzifəsində çalışıb.
EBU rəsmisi Jørgen Franck yeni icraçı direktor Jon Ola Sandı təbrik edib və onun Svante Stokseliusu yaxşı əvəz edəcəyinə, bu müsabiqədə çoxsaylı inkişaflara imza atacağına əmin olduğunu əlavə edib.
Ülkər Qasımova

Oxşar yazılar

“Rəşad Dağlının övladlarını sevindirdik, demədik ki, əfv olunsun” - Ağamirzə ilə MÜSAHİBƏ
1 may 2025 , 14:12
Robotlar, cəsuslar... - Sizə həyəcan verəcək 5 film -VİDEO
1 may 2025 , 13:16
Dahilərdən günahkarlıqla bağlı 10 sitat
1 may 2025 , 10:14
Kino Agentliyinə baş direktor təyin olundu
30 aprel 2025 , 13:52
Netfliksdə yeni serial: hər saniyə həyəcanda saxlayacaq
30 aprel 2025 , 10:14
Ən yaxşı 7 macəra filmi -VİDEO
29 aprel 2025 , 17:28
"Avatar"ın məşhur obrazı real həyatda necə görünür?
29 aprel 2025 , 15:22