Musiqili Komediya Teatrının binasının yenidən qurulması üçün 2 milyon manat ayrıldı
Prezident Administrasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sərəncamda Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yarandığı vaxtdan etibarən sənət tariximizdə milli-mənəvi sərvətin bir çox qiymətli nümunələrini bəxş etdiyi qeyd olunur.
Teatr ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmaqdadır. Azərbaycan Respublikasının prezidenti xalqımızın mədəni həyatında özünəməxsus yerini və yüksək ictimai-əxlaqi dəyərlərin təbliğində rolunu nəzərə alaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının yenidən qurulmasını təmin etmək məqsədilə qərara alıb ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının yenidən qurulması ilə bağlı işlərin başlanılması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat məbləğində vəsait ayrılsın.
Maliyyə Nazirliyi bu vəsaitin maliyyələşdirilməsini müəyyən olunan qaydada həyata keçirmək tapşırılıb.

Oxşar yazılar

2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34