TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri Antalyada toplaşacaq
23 noyabr 2010 10:40 (UTC +04:00)

TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri Antalyada toplaşacaq

Bu ilin mayında Moldovanın Qaqauziya vilayətində təşkil edilmiş XXVII toplantının qərarı əsasında TÜRKSOY-un Dönəm koordinatoru seçilmiş Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın rəhbərliyi və Türkiyənin ev sahibliyi ilə təşkil ediləcək iclasda təşkilatın baş katibi Düsen Kaseinovla birlikdə təşkilata üzv ölkələrin mədəniyyət nazirləri iştirak edəcək.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi toplantıda Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov və Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin məsləhətçisi Günay Qurbanova tərəfindən təmsil olunacaq.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, iclasda türkdilli ölkələrin dövlət başçılarının X Zirvə görüşünün Bəyannaməsində TÜRKSOY ilə bağlı qəbul edilmiş qərarlar, fəaliyyət və maliyyə hesabatları, 2011-ci ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində təşkil olunması planlaşdırılan türkdilli ölkələrin Beynəlxalq mədəniyyət festivalı, “2010-Əhməd-Zəki Validi Toqan İli” çərçivəsində həyata keçirilmiş mərasimlər, “2011-Abdulla Tukay İli” Proqramı çərçivəsində reallaşdırılması nəzərdə tutulan tədbirlər, 2011-ci ildə BMT Baş Qərargahında Novruz Bayramının qeyd edilməsi, TÜRKSOY Fəaliyyət proqramına əlavə və dəyişikliklər edilməsi, XXVIII toplantının yekun sənədlərinin hazırlanması və digər məsələlər ətrafında müzakirələrin aparılması gözlənilir. Bununla yanaşı toplantıda TÜRKSOY-un növbəti Dönəm koordinatorunun seçilməsi, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXIX toplantısının yeri və tarixinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar