Güldən Qaraböcək: “Niyə Azərbaycana çağırmadınız məni?” - MÜSAHIBƏ
Lent.az-ın məlumatına görə, müğənni Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.
- Güldən xanım, bu sizin sənət həyatınız boyu Bakıya ilk yaradıcılıq səfərinizdir.
- Dəvət almadım. Niyə Azərbaycana çağırmadınız məni?
- Saatlarla sizi Hava Limanında gözlədik. Niyə bu qədər gecikdiniz, problem yaşamadınız ki?
- Yox, mən vaxtında gəldim. Burda çemodanları gözləməli oldum. Çemodanlarım itmişdi, nədənsə hər şey bir-birinə qarışmışdı.
- Sizin bura ailəliklə gələcəyiniz deyildi.
- Yox. Tək gələcəkdim, düşünürəm ki, sizə səhv informasiya veriblər.
- Sizi Türkiyə televiziya kanallarında az-az görürük, bunun səbəbi nədir?
- Bir dəyişiklik olsun istəyirəm. Yenilik olmadan efirdə görünməyin tərəfdarı deyiləm. Gözəl bir albom hazırlayıram.
- Sizin repertuarınızda Azərbaycan mahnıları da var. Bu ölkə xaricində tanınmaq üçün dəyişik proqramdır, yoxsa burda sevildiyinizdən xəbərdar idiniz?
- Bolqarıstanda, Gürcüstanda, Türkmənistanda sevildiyimdən xəbərdar idim. İnanın burda sevildiyimi bilmirdim. Sabah axşam bu sevginin şahidi olacağam. Sabah “Arzu qızım”, “Sən gəlməz oldun” mahnılarını ifamda eşidəcəksiniz .
- 80-ci illərdə Niyaməddin Musayevin mahnılarını oxumusunuz, hazırda əməkdaşlığınız varmı, bura gələndə görüş planlaşdırmısınızmı?
- Yox. Olmayıb. Əlbəttə görüşmək istəyərəm, niyə də olmasın?
- Bakıda neçə gün qalacaqsınız?
- Üç gün qalmağı planlaşdırmışam. Hazırda Heydər Əliyevin məzarını ziyarət etməyə yollanıram.
Lalə Yusifqızı

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07