İndi də növbə “köçkün teatrları”ndadır
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, növbəti təmir işləri Şəki teatrında aparılacaq: “Mingəçevir teatrının təmiri artıq başa çatmaqdadır. Lənkəran teatrı təmir olunub. Naxçıvan Teatrı çox gözəl bərpa edilib. Bu proses davam edəcək. “Köçkün teatrları”nda da təmir işlərinin aparılması, texniki bazasının genişləndirilməsi nəzərdə tutulur”.
Əbülfəs Qarayev bu yaxınlarda Şuşa Dövlət Musiqili Dram Teatrının tamaşasında olduğunu və çox məmnun qaldığını da vurğulayıb. O teatrın yerləşdiyi binanın da əsaslı təmir olunacağını deyib: “Köçkün teatrları”nda da peşəkar qrup və aktyorlar var. Heç kim onları peşəkarsızlıqda ittiham edə bilməz. Orada yüksək səviyyəli, peşəkar tamaşalar hazırlanır. Bu bizə əsas verir ki, bu teatrlara daha böyük önəm verək, ciddi yanaşaq və onlar üçün lazımi şəraiti yaradaq”.
Xəyalə Muradlı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11