Türkmənistan xalçaları, rəsmləri və zərgərlik nümunələri sərgiləndi –
05 noyabr 2010 12:50 (UTC +04:00)

Türkmənistan xalçaları, rəsmləri və zərgərlik nümunələri sərgiləndi –

Lent.az-ın məlumatına görə, açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin mədəni siyasət şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək Türkmənistan mədəniyyət günlərinin keçirilməsini iki ölkə arasında mədəni əlaqələrin inkişafında müsbət rol oynayacağını bildirib. Qeyd edib ki, Türkmənistanın gözəl xalçaları, qobelenləri, böyük sənət əsərləri var: “Bunlar türkmən xalqlarının sərvətləridir. Təəssüf ki, eksponatların sayı azdır. Amma onların hər biri yüksək incəsənət əsəri sayılır. Ümid edirəm ki, gələcək sərgilərdə eksponatların, əsərlərin sayı daha çox olacaq”.
Türkmənistan Milli Mədəniyyət Mərkəzinin Baş direktoru Tuvakbibi Durdıyeva vurğulayıb ki, Azərbaycan və türkmən xalqları eyni kökə, dinə, dilə malikdir. Xanım mədəniyyət günlərinin keçirilməsini iki ölkə arasındakı əməkdaşlığın güclənməsi kimi qiymətləndirib.
Sərgidə rəngkarlıq, qobelen, xalça və zərgərlik nümunələri nümayiş etdirilib. Nümayiş boyunca isə Türkmənistan musiqiçilərinin ifasında türkmən xalq mahnıları ifa olunub. İştirakçılar türkmən şirniyyatları və çörəklərini dadmaq imkanına malik olublar.
Qeyd edək ki, bu gün və sabah Muzey Mərkəzində Türkmənistan kinematoqrafiyasına məxsus 4 film göstəriləcək. Mədəniyyət günləri noyabrın 6-da Qaradağ rayonunda Türkmənistan incəsənət ustalarının konserti ilə başa çatacaq.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1282

Oxşar yazılar