Rusiyanın “Şəhrizad”ı Azərbaycan səhnəsində
1888-ci ildə qələmə alınmış “Şəhrizad” simfonik süitası rus simfonizminin zirvəsi və N.Rimski-Korsakovun yaradıcılığına məxsus ən dəyərli simfonik əsərlərdən biri sayılır. Əsər çox populyar olub, dünyanın ən mötəbər orkestrləri tərəfindən hər zaman ifa olunur.
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, balet 1910-cu ildə məşhur xoreoqraf Mixail Fokin tərəfindən həyata keçirilmiş klassik quruluş əsasında səhnəyə qoyulacaq. Bu quruluş Rusiya Akademik Böyük Teatrı, Sankt-Peterburqun Mariinski Teatrı və Kiyev Milli Opera və Balet Teatrında müvəffəqiyyətlə nümayiş olunub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletin quruluşu üzərində xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Tamilla Şirəliyeva və Ukraynanın xalq artisti, Ukrayna Dövlət Mükafatı laureatı Tatyana Borovik çalışır. Tamaşada əsas partiyanı – Şəhrizad rolunu teatrın aparıcı solisti, əməkdar artist, prezident mükafatçısı, “Zirvə” və “Qızıl dərviş” mükafatları laureatı Kamilla Hüseynova və milli baletimizin gənc ulduzu Elmira Mikayılova ifa edəcək. Tamaşanın dirijoru isə teatrın baş dirijoru, xalq artisti, professor Cavanşir Cəfərovdur.
Baletin valehedici gözəl musiqisi, tamaşanın zəngin səhnə tərtibatı və kostyumları heç şübhəsiz ki, geniş tamaşaçı auditoriyasını cəlb edəcək və yüksək akademik sənəti sevənlərə yeni il hədiyyəsi olacaq.
Xəyalə

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07