“Miras” 30-cu beynəlxalq kinofestivalda
23 oktyabr 2010 16:39 (UTC +04:00)

“Miras” 30-cu beynəlxalq kinofestivalda

Festivalda rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi də iştirak edəcək. Lent.az-ın məlumatına görə, festival çərçivəsində dünyanın ən nüfuzlu kino məktəblərinin tələbələrinin çəkdikləri 100-dən artıq film nümayiş olunacaq. Əsas müsabiqə bölməsində mükafat uğrunda mübarizə aparacaq film isə oktyabrın 26-da göstəriləcək.


“Bir addım” studiyasında istehsal olunan “Miras” filminin ssenari müəllifi Esmira Əyyub, quruluşçu operatoru Fərid Bağırov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri Rəşad Qasımov və Zakir Musayevdir. Filmin rejissoru Fariz Əhmədov isə hazırda Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə təhsil alır.


Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802

Oxşar yazılar