“Ər və arvad” yenidən səhnəyə qayıtdı
Oktyabrın 16-da və 17-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının premyerası keçirilib. Lent.az-ın məlumatına görə, əsər Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə Üzeyir Hacıbəylinin 125, Musiqili Komediya Teatrının isə 100 illik yubileyi münasibətilə səhnələşdirilib.
Nümayişdən öncə səhnəyə teatrın ədəbi bədii hissə müdiri, əməkdar incəsənət xadimi Məryəm Əlizadə çıxıb. O qeyd edib ki, Üzeyir bəyin musiqili komediya janrında ilk əsəri olan “Ər və arvad” 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşları sirkində tamaşaya qoyulub. Rollarda Hüseynqulu Sarabski, Əhməd bəy Ağdamski, Mirzağa Əliyev çıxış edib. Tamaşa ötən əsrin 50-ci illərinə qədər nümayiş olunsa da, o vaxtdan indiyə qədər heç bir teatrın səhnəsində səhnələşdirilməyib.
Çıxışdan sonra tamaşa nümayiş olunub. “Ər və arvad”ın mövzusu dövrü üçün son dərəcə aktual olub qadın azadlığı uğrunda mübarizəni əks etdirir. Üzeyir bəy burada qadının ağlını, əxlaqını dövrün yanlış tərbiyə üslubuna qarşı qoyub, cəmiyyətdə qadın hüququnu müdafiə edib. Təsadüfi deyil ki, komik vəziyyətin, ifşaedici gülüşün yaranmasında qadının rolu ön plana çəkilib. Musiqili komediya saf məhəbbət əsasında ailə qurmaq, onu hər cür köhnəlik qalıqlarından qorumaq ideyasını təbliğ edir.
Komik vəziyyətlər, satira və yumorla zəngin olan tamaşa, xüsusən də Yaşar Nuri, Afaq Bəşirqızı və İlham Namiq Kamalın oyunu tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Qeyd edək ki, Afaq Bəşirqızı və Yaşar Nuri ilk dəfədir, eyni səhnəni paylaşıb.
Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Eldar Qurbanovdur. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Sərdar Fərəcova məxsusdur. Rollarda xalq artistləri İlham Namiq Kamal (Mərcan bəy), Afaq Bəşirqızı (Minnət xanım), Yaşar Nuri (Kərbəlayi Qubad) , Arif Quliyev (Səfi), Fatma Mahmudova (Arvad), artistlər Gülcahan Salamova (Gülpəri), Əliməmməd Novruzov (aşbaz), Hüseyn Əlili (suçu), Ağaxan Şərifov (süpürgəçi) iştirak edir.
Xəyalə Muradlı

916