“Qadın düşərgəsi” və “Günahsız qatil” kitabları təqdim olundu – FOTO
Lent.az-ın məlumatına görə, tədbiri açan Kitab Klubunun direktoru Elxan Rzayev müəllifin özü və yaradıcılığı haqqında məlumat verib.
O bildirib ki, Rövşən Yerfinin hər iki əsəri qadın cəza evindən və qadınları həbsxana həyatı çəkməyə vadar edən səbəblərdən bəhs edir. E.Rzayevin fikrincə, bunlar fantaziya, təxəyyül məhsulu deyil. Müəllifin özünün şahidi olduğu hadisələr personajların dili ilə çatdırılıb. Direktor əvvəlcə çox az sayda nəşr edilmələrinə baxmayaraq, kitablara tələbatın get-gedə artdığını da vurğulayıb.
Rövşən Yerfi isə 2004 – 2006-cı illərdə qələmə alınmalarına rəğmən, “Günahsız qatil”in bir ay öncə, “Qadın düşərgəsi”nin isə yazda nəşr olunduğunu qeyd edib. Onun sözlərinə görə, hər iki əsərin baş qəhrəmanı qadındır. Onlar ətrafdakıların etinasızlığından cinayətə sövq ediliblər: “Mən 9 – 11 yaşlarımda olarkən, Cəfər Cabbarlının əsərlərini çox oxuyurdum. Həmin əsərlərin çoxuna qadınların adları verilmişdi. Cabbarlının əsərlərində məhz qadınlara üstünlük verməsi mənim təəccübümə səbəb olmuşdu. Sonradan anladım ki, bu, ümumbəşəri mövzudur. Cəmiyyətdə qadınsız həyat mümkün olmadığı kimi, ədəbiyyatda da qadınsız janr mümkün deyil. Hüseyn Cavid deyib ki, əxlaqlı və savadlı qadınları olan millətin gələcəyi parlaqdır. “Qadın düşərgəsi” və “Günahsız qatil” povestlərində anlatmaq istədiyim odur ki, hər bir qadının önündə bir güclü, çətinliklərə sinə gərməyi bacaran kişi durmalıdır”.
Yazıçı bir müddət qadın cəza evində çalışdığını və “Günahsız qatil” əsərini məhz gördükləri əsasında qələmə aldığını, “Qadın düşərgəsi”nin isə bir hissəsinin real həyatdan götürüldüyünü açıqlayıb.
Yazıçılar Birliyinin üzvü, şair Tofiq Nurəli isə bildirib ki, əvvəllər bu mövzuda yazılan əsərlər kənardan dustaqxanaya baxış formasında idilərsə, Rövşən Yerfinin hər iki əsəri dustaqxanadan cəmiyyətə baxış formasında qələmə alınıb: “Yazıçı o zaman yazıçı olur ki, həyat həqiqətlərini bədii əsər səviyyəsinə çatdırmağı bacarır. Bu baxımdan, bu kitablaradək dustaqxanadan cəmiyyətə baxış formasında əsərlərin yazılmadığını deyə bilərəm”.
Oxucu kimi fikirlərini bildirən ədəbiyyat müəllimi Tahir Həsənli müəllifə oxucuların müəyyən dərslər götürməsinə şərait yaradan əsərlər yazmağı arzulayıb. Kitab Klubunun Əməkdaşı Fazil Kərimli hər iki povestə serial çəkilməsini təklif edib.
Tədbir insanları cinayətə sövq edən səbəblər ətrafında diskussiyalarla davam etdirilib.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Fərrux Zakirov - Musiqi qrupu yaratdı, 5 ölkənin Xalq artisti adını aldı, nazir çalışdı
25 aprel 2025 , 20:15
Orkestrə niyə dirijor lazımdır?
25 aprel 2025 , 19:06
“Torpağa 60-70 santimetr dərinlikdə qan hopmuşdu” – "Ölüm Zirzəmisi"ndən REPORTAJ
25 aprel 2025 , 14:01
Zamanla bağlı fikirlərinizi dəyişəcək 10 sitat
24 aprel 2025 , 18:45
Hər kəsin izləməli olduğu 5 döyüş filmi
24 aprel 2025 , 10:42
Mikayıl Müşfiqin Xatirə Muzeyi YARARSIZ HALDA: fəaliyyəti dayandı
23 aprel 2025 , 17:37
“Şizofreniyanın diaqnozu olan əsərlər var” – Tanınmış rəssamın evindən REPORTAJ
23 aprel 2025 , 14:05