Füzuli rayonu ərazisində büt tapıldı - FOTO
15 oktyabr 2010 13:31 (UTC +04:00)

Füzuli rayonu ərazisində büt tapıldı - FOTO

Rayonun Bala Bəhmənli kənd Tarix-Diyarşünaslıq Muzeyinin müdiri Elçin Əsədovun Lent.az-a verdiyi məlumata görə, rayonun Şükürbəyli kəndi yaxınlığında - Quruçay kənarından qum çıxaran sakinlər ovuc içinə yerləşən, gildən hazırlanmış kiçik qoç bütü tapıblar. Bu, dünyanın və regionun ən qədim yaşayış məskənlərindən sayılan Quruçay-Köndələnçay vadisindən indiyədək tapılmış nadir sənət nümunələrindən sayılır.

E. Əsədovun sözlərinə görə, tunc dövrü yaşayış məskənlərinin daha çox rast gəlindiyi Quruçay-Köndələnçay vadisində son illər hərbçilər tərəfindən səngər qazıntıları zamanı bu dövrlərə aid onlarla əşyalar aşkarlanıb: «Bizim eradan əvvəl və bizim eranın islamaqədərki dövründə bu ərazilərdə yaşayan insanlar belə bütlərə sitayiş edib. Bu bütlər insan və müxtəlif heyvanların heykəlləri formasında idi. Bütləri gildən düzəldib, daşlardan, ya da ağacdan yonublar. Bəzi ailələrin kiçik bütləri də olub».

E.Əsədov onu da qeyd edib ki, ərazidə islamdan öncəki dövrlərə aid qəbirlərin başdaşlarının qoç bütləri formasında hazırlanması, eləcə də bəzi başdaşlarının və tarixi əşyaların üzərində qoç işarələrinin olmaları burada yaşayanların qoç totemini müqəddəs saydıqlarını deməyə əsas verir.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1534

Oxşar yazılar