Lənkəran və Gəncə kitabxana direktorlarına təlimlər keçiriləcək
Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu ay təlimlər respublikanın 3 regionu üzrə - Sumqayıt, Lənkəran, Gəncə şəhərlərində keçirilir. Sumqayıt şəhər İnformasiya Texnologiyaları Akademiyasında Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın 20 şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün təlimlər təşkil olunub. Təlimləri uğurla başa çatdıran kitabxana rəhbərlərinə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin sertifikatları verilib.
Təlimlərdə kitabxana rəhbərləri kitabxanalarda tətbiq olunan informasiya texnologiyalarından və internet xidmətlərindən səmərəli istifadə, kitabxana resurslarının yaradılması, genişləndirilməsi və dünya informasiya məkanına çıxarılması və s. mövzularda öz biliklərini təkmilləşdiriblər.
Təlimlər 12-16 oktyabr tarixlərində Lənkəran, 26-30 oktyabr tarixlərində Gəncə şəhərlərində davam etdiriləcək.
Xəyalə

855