“Qafqaz qartalının uçuşu” Sankt-Peterburqda təqdim olundu
Təqdimat Sankt-Peterburqun Kino Evində möhtəşəm bir tədbirlə baş tutub.
“Salnamə” kinostudiyasından Lent.az-a verilən məlumata görə, II Dünya Müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr olunan filmin rus dili variantının təqdimatında Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun, Azərbaycan konqresinin əməkdaşları, kino xadimləri iştirak edib.
Tədbirdə ilk olaraq “Salnamə” kinostudiyasının direktoru Böyükağa Məmmədov və “Lennauçfilm” studiyasının direktor müavini Anton Smirnov çıxış edib. Sonra səhnəyə filmin yaradıcı heyəti dəvət olunub. Qeyd edək ki, “Qafqaz qartalının uçuşu” sənədli filminin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüseri Böyükağa Məmmədov və Vladimir Bajindir.
Rusiyanın əməkdar incəsənət xadimi Larisa Kuxalevanın apardığı tədbir filmin nümayişi ilə davam edib. “Qafqaz qartalının uçuşu” böyük maraqla qarşılanıb.
Filmin Azərbaycan variantının təqdimatının isə oktyabrda Bakıda keçirilməsi planlaşdırılır.
Xəyalə Muradlı

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06