Səhnəmizin Məcnunu 50 yaşında
Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun 50 yaşı tamam olur. Yubileylə əlaqədar olaraq, oktyabrın 9-da teatrda “Leyli və Məcnun” operası nümayiş olunacaq. Mənsum İbrahimovun Lent.az-a verdiyi məlumata görə, tamaşada Leyli obrazını xalq artisti Nəzakət Teymurova ifa edəcək.
Yaradıcılığı barədə danışan Mənsum İbrahimov bildirib ki, sentyabrın 25-dən 30-a qədər İranda olacaq. Xanəndə İranda keçiriləcək Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Təyyar Bayramovla birgə konsert proqramı ilə çıxış edəcək.
M. İbrahimov yaxın günlərdə 50 illik yubileyi münasibətilə işıq üzü görən “Məcnunun Məcnunu” kitabının təqdimat mərasimini də keçirməyi planlaşdırır. Mustafa Çəmənlinin qələmə aldığı kitabda yubilyarın həyat və yaradıcılığı barədə geniş söhbət açılır.
Xəyalə

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06