Bu gün “Bakı gecələri – 2010” festivalının ilk konserti olacaq
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən Lent.az-a verilən məlumata görə, üç möhtəşəm konsert proqramından ibarət olan “Bakı gecələri – 2010” festivalının birinci konsert proqramı sentyabrın 13-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçiriləcək.
Konsertdə Mətanət İsgəndərli, Nadir Qafarzadə, Zamiq Hüseynov, Nüşabə Ələsgərli, İzzət Bağırov, Lalə Məmmədova, Elton Hüseynəliyev, Almas Ələsgərli, Könül Kərimova, Vasif Məhərrəmli, Elza Seyidcahan, Ramal İsrafilov, Vaqif Şıxəliyev, Leyla Ramazanlı, Elariz Məmmədoğlu, Sevinc Tofiq qızı, Yeganə, Səbinə Əliyeva, “Şeron” qrupu və “M-life” qrupu iştirak edəcəklər.
Festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir.
İlkin mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala – dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək Qala konsertə vəsiqə qazanacaqlar. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Qala-konsertdə iştirak edən müğənnilər “Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı” adına layiq görüləcək.
Bu il tamaşaçılar müxtəlif nominasiyalar üzrə qalibləri online səsvermə yolu ilə müəyyən etmək şansını əldə edəcəklər. Səsverməyə noyabrın 20-dən etibarən start veriləcək.
Xatırladaq ki, artıq üçüncü ildir keçirilən “Bakı Gecələri” Estrada Mahnı Festivalının qalibi 2008-ci ildə Cəlal Abbasovun ifa etdiyi Eldar Mansurovun “Taleyim” mahnısı, 2009-cu ildə isə Natəvan Həbibi və İntizar Məmmədovun ifa etdiyi Murad Arifin “Sevdiyini söylə” mahnısı olub.
Xəyalə

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06