138-ci teatr mövsümü açılır!
10 sentyabr 2010 11:37 (UTC +04:00)

138-ci teatr mövsümü açılır!

Bakıda fəaliyyət göstərən bütün teatrların kollektivləri Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısında toplaşacaq. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, teatrın qarşısındakı meydanda Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanacaq səyyar sərgi və kitab sərgisi nümayiş olunacaq.

Akademik Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı, Rus Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı, Kukla Teatrı, “Yuğ” Dövlət Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Pantomim Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaradıcı qüvvələri mövsümün açılış mərasimində iştirak edəcəklər.

Tədbir mərkəzi meydanı və şəhəri əhatə edəcək. Şəhərin müxtəlif yerlərində reklam afişaları, lövhələri vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1730

Oxşar yazılar