Üzeyir Hacıbəyovun felyetonu tapılıb – EKSKLÜZİV
Üzeyirşünas, “Nurlu qələm ustası” mükafatı laureatı Səadət Qarabağlı M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının arxivindəki son araşdırmaları nəticəsində Üzeyir Hacıbəyovun “Molla Nəsrəddin” dərgisində dərc olunmuş daha bir felyetonunu aşkarlayıb.
Bunu Lent.az-a Səadət Qarabağlı özü deyib. Onun sözlərinə görə, indiyədək “Molla Nəsrəddin”dən başqa yerdə çap edilməyən bu felyeton “10 il” adlanır. Felyetonda Üzeyir bəyin dönə-dönə vurğuladığı və yaradıcılığı boyu mübarizə apardığı qadın azadlığı məsələsindən bəhs edilir: “Bundan öncə Üzeyir bəyin “Molla Nəsrəddin”də işıq üzü görən 7 felyetonunu üzə çıxardım. Onlar kitab şəklində çap olundu. Bu, artıq 8-ci felyetonudu. Alimlərimizin bəziləri deyirdilər ki, Üzeyir bəyin “Molla Nəsrəddin” jurnalında heç bir yazısı nəşr olunmayıb. “Molla Nəsrəddin”lə ancaq məslək və əqidə dostu olub. Ancaq üzə çıxardığım bu felyetonlar onu göstərdi ki, Üzeyir bəy nəinki məslək dostu, hətta birbaşa yaradıcılıq əlaqəsində olub”.
S. Qarabağlı qeyd edib ki, “On il” felyetonu “Molla Nəsrəddin” jurnalının 7 noyabr 1927-ci il tarixli 45-ci sayında “Bir nəfər” təxəllüsü ilə çap olunub. Bu, Üzeyir bəyin müxtəlif illərdə yazdığı mətbu əsərlərində istifadə etdiyi 67 imzasından biridir.
Xəyalə Muradlı

Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37