Azərbaycan filmi Sankt-Peterburqun Kino evində
Baxış Sankt-Peterburqun Kino evində möhtəşəm bir tədbirlə baş tutacaq. “Salnamə” kinostudiyasından Lent.az-a verilən məlumata görə, II Dünya Müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr olunan filmin rus dili variantının təqdimatında Azərbaycanın Sankt-Peterburqdakı konsulluğu, diplomatik nümayəndələri, kino xadimləri iştirak edəcək. Tədbirdən öncə Hüseynbala Əliyevin Nizino qəsəbəsində yerləşən məzarı ziyarət olunacaq. Mərasimə filmin yaradıcı heyəti də qatılacaq. Baxış faşizm üzərində qələbənin 65 illiyi münasibətilə keçirilir.
Məlumatda bildirilib ki, filmin Azərbaycan variantının təqdimatı isə payızda Bakıda təşkil olunacaq.
Qeyd edək ki, Hüseynbala Əliyevə həsr olunan “Qafqaz qartalının uçuşu” sənədli filminin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüseri Böyükağa Məmmədov və Vladimir Bajindir.
Xəyalə Muradlı

Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37