“Kazım Qarabəkir Paşa” sənədli filmi təqdim olundu
Aprelin 27-də Kinematoqrafçılar İttifaqında “Salnamə” studiyasında istehsal olunan “Kazım Qarabəkir Paşa” sənədli filminin təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə ilk olaraq Kinematoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Balayev çıxış edərək bu sənədli ekran əsərinin həm mədəniyyət, həm də tarixi baxımından dəyərli olduğunu bildirib: “Bu filmi həm də vətəndaşlıq nöqteyi-nəzərindən qiymətli iş hesab etmək olar. Çünki belə bir şəxsiyyətin fəaliyyətini bilməmək, yeni nəslə təlqin etməmək günah olardı. Sevindiricidir ki, bu gözəl insan haqqında Azərbaycanda da müəyyən təəssürat yaratmaq üçün film çəkilib”.
Filmin quruluşçu rejissoru Tahir Əliyev də film barədə məlumat verdi. Onun sözlərinə görə, belə bir filmin çəkilməsi ideyası Qafqaz Universitetinin müəllimi tərəfindən irəli sürüldü və təklif yüksək qiymətləndirilirdi. Filmin çəkilişləri Türkiyənin bir neçə şəhərində aparıldı: “Filmi normal surətdə tamamlaya bildik və keçən il təhvil verdik. Düşünürəm ki, bu ekran əsəri ötən il “Salnamə”də istehsal olunan uğurlu filmlərdən sayılır. Hər halda bu filmlə istədiyimizi deyə bildik və yaddaşları təzələdik”.
Daha sonra filmin təqdimatı üçün Türkiyədən Bakıya gələn Kazım Qarabəkir Paşanın qızı Həyat Qarabəkir də çıxış etdi. Belə bir filmin çəkilməsindən məmnunluğunu və təşəkkürlərini dilə gətirdi.
Çıxışlardan sonra “Kazım Qarabəkir Paşa” sənədli filmi nümayiş olundu. Qeyd edək ki, 40 dəqiqəlik sənədli filmin quruluşçu rejissoru Tahir Əliyev, ssenari müəllifi Güllü Məmmədova, prodüseri Böyükağa Məmmədovdur.
Xəyalə

597