Musiqili Komediya Teatrı yeni layihələrlə tamaşaçıları sevindirəcək
27 avqust 2010 16:34 (UTC +04:00)

Musiqili Komediya Teatrı yeni layihələrlə tamaşaçıları sevindirəcək

Bu layihələrə xaricdən dəvət olunmuş rejissorlar, yeni tamaşalar və teatrın 100 illik yubileyinin kecirilməsi daxildir. Teatrın mətbuat katibi Ağca Muxtarovanın Lent.az-a verdiyi məlumata görə, sabahdan teatr yeni tamaşalar üzərində məşqlərə başlayır. İlk dəfə 1910-cu ildə səhnələşdirilən “Ər və arvad” tamaşası 100 il sonra yenidən tamaşaçıların ixtiyarına veriləcək. Bu tamaşanın rejissoru Yusif Əkbərov, dirijoru əməkdar incəsənədt xadimi Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanovdur. Rollarda xalq artistləri Afaq Bəşirqızı, Yaşar Nuri, İlham Namiq Kamal, Fatma Mahmudova, Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Emma Məlikova, Agaxan Şərifov cıxış edəcək.


Yeni mövsümdə A. Saqarelinin “Xanuma” əsəri iki dildə Azərbaycan və rus bölməsində tamaşaya qoyulacaq. Tamaşaya quruluş verəcək Tiflisdəki Rustaveli teatrının rejissoru Qoça Kapanadze Gürcüstanın tanınmış rejissorları sırasına daxildir. Tamaşada əsas rollarda xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, əməkdar artistlər Xanım Qafarova, Əkbər Əlizadə, Səmayə Musayeva, Elcin Həmidov, Boris Qrafkin, aktyorlar Nərgiz Kərimova, Fərid Əliyev, Əzizağa Əzizov, Ramil Qasımov, Nahidə Orucova, Svetlana Bulax, Marina Litvenenko, Əliməmməd Novruzov iştirak edəcək. Bu tamaşanın quruluşcu rəssamı Lomgül Murusidze, qeyim üzrə rəssamlar Ketevan Titişvili və Tamuna Maçaraşvili də Gürcüstanın teatr aləminə yaxşı tanışdır.


Sverdlovsk Dövlət Musiqili Komediya Teatrının baş rejissoru, Rusiyanın xalq artisti, “Qızıl Maska” Milli Mükafatın laureatı, professor Kiril Savelyevic Strejnevin tələbəsi Serqey Yunqans Musiqili Teatrların Beynəlxalq Assosiyasisı tərəfindən tamaşa hazırlamaq üçün Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilib. Serqey Yunqans teatrın rus bolməsində operetta janrının banisi, böyük fransız bəstəkarı Jak Offenbaxın “Kandarakı ər və yaxud toy gecəsində sərgüzəşt” komediyasını səhnələşdirəcək. Bu əsər Azərbaycan teatrında ilk dəfə 1989-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulub.

Xəyalə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2149

Oxşar yazılar