“Yol” romanı beş əcnəbi dilə tərcümə edilir
12 fevral 2010 20:00 (UTC +04:00)

“Yol” romanı beş əcnəbi dilə tərcümə edilir

“Elə yazmalısan ki, oxucu sənin pafossuz yazdığını oxuduqca hiss etsin”

Yanvar ayında “Əli və Nino” kitab mağazasında təqdimatı keçirilən “Yol” romanı hazırda beş əcnəbi dilə tərcümə edilir. Bu barədə Lent.az-a romanın müəllifi, yazıçı Elxan Xanəlizadə məlumat verib.

Azərbaycanda ilk dəfə kitabla birgə onun audio versiyasını təqdim edən müəllif bildirib ki, 2010-cu il ərzində “Yol” romanı türk, rus, ingilis, fransız və ispan dillərinə tərcümə ediləcək: “Xoşbəxtəm ki, romanım Vətənimdə nəşr olunduqdan dərhal sonra qısa vaxt ərzində beş əcnəbi dilə tərcümə ediləcək! Bütün dünyada ən çox istifadə olunan dillərdə kitabımın çar olunacağını bilmək yazıçı kimi məni daha da ruhlandırır. Ona görə də boş dayanmıram. Yaz aylarında nəşr olunacaq “Esselər torlusu”nun üzərində işləyirəm”.

Elxan Xanəlizadə internetdə ən çox (40 mindən artıq) oxunan yazıçı olmağına da münasibət bildirib: “Bu məni ayrıca sevindirir. Kim deyirsə ki, Azərbaycanda kitab oxumurlar, günah onun özündədir! Elə yazmalısan ki, oxucu sənin pafossuz yazdığını oxuduqca hiss etsin. Şəxsən mən süni cümlələrlə, dilimizə yad ifadələrlə yazılan bir səhifəni də oxumuram. Bu, vaxt itkisindən başqa heç nə deyil!”

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1033

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

8 iyun 2025 , 23:52
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07