Uşaqlar arasında yayılan virus bu imiş - Onlar üçün risk çoxdur
19 dekabr 2025 11:11 (UTC +04:00)

Uşaqlar arasında yayılan virus bu imiş - Onlar üçün risk çoxdur

0

Uşaqlar arasında virus yayılıb. O, iştahsızlıq, halsızlıq, yüksək hərarət, boğaz ətinin şişməsi və bir sıra əlamətlərlə müşahidə olunur.

Bəs görəsən bu əlamətlər hansı virusa aiddir? Ondan necə qorunmaq olar?

ATU-nun I uşaq xəstəlikləri kafedrasının dosenti, həkim pediatr Nigar Bayramova Lent.az-a açıqlamasında bildirib ki, uşaqlar arasında müşahidə etdiyimiz hallar əsasən mövsümi Influenza A virusu ilə əlaqəlidir:

Klinik olaraq yüksək hərarət, halsızlıq, iştahasızlıq, öskürək, boğaz ağrısı, bəzi uşaqlarda qusma və ishal kimi əlamətlərlə özünü göstərir. Sürətli PCR respirator panel testləri ilə bu virus təsdiqlənir. Bu yeni virus deyil. Influenza A hər il payız–qış mövsümündə aktivləşən, yaxşı tanıdığımız respirator virusdur. Sadəcə bu il uşaqlarda həm tənəffüs, həm də mədə-bağırsaq əlamətlərinin birlikdə görünməsi valideynləri daha çox narahat edir. Əksər uşaqlarda xəstəlik yüngül və orta ağır gedişlidir. Lakin bəzi hallarda pnevmoniya, orta qulaq iltihabı, bronxiolit, susuzlaşma, xroniki xəstəliyi olan uşaqlarda ağırlaşmalar müşahidə oluna bilər. Xüsusilə 5 yaşdan kiçik, immun sistemi zəif və xroniki xəstəliyi olan uşaqlar risk qrupundadır.

Bəli. Qrip peyvəndi Influenza A və B-yə qarşı ən effektiv qoruyucu vasitədir. Peyvənd olunmuş uşaqlarda xəstəlik daha yüngül keçir və ağırlaşma riski azalır.

Bəli. Qrip peyvəndi Influenza A və B-yə qarşı ən effektiv qoruyucu vasitədir. Peyvənd olunmuş uşaqlarda xəstəlik daha yüngül keçir və ağırlaşma riski azalır.

Virusdan qorunmaq üçün peyvənd vurdurun

Qrip peyvəndi Influenza A və B-yə qarşı ən effektiv qoruyucu vasitədir. Peyvənd olunmuş uşaqlarda xəstəlik daha yüngül keçir və ağırlaşma riski azalır.

Boğazdan qan gəlməsi həmişə təhlükəli vəziyyət olduğunu demir

Yüksək hərarət və güclü iltihab zamanı boğaz selikli qişası çox həssas olur. Güclü öskürək və qıcıqlanma fonunda yüngül qanama müşahidə oluna bilər. Bu hər zaman təhlükəli vəziyyət demək deyil, amma mütləq həkim müayinəsi tələb edir.

Uşağın sağalması üçün bunları edin

Uşağı evdə saxlayın, kollektivə aparmayın, maye qəbulunu artırın, hərarət üçün yalnız həkim məsləhəti ilə dərman verin. Antibiotikləri özbaşına istifadə etməyin, hərarət 3 gündən çox davam edərsə, nəfəs darlığı, davamlı qusma, halsızlıq artarsa dərhal həkimə müraciət edin”, - deyə həkim fikrini yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar