Astarada itkin  düşən balıqçılardan birinin meyiti tapıldı
19 dekabr 2025 11:30 (UTC +04:00)

Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı

0

Astarada itkin düşən balıqçılardan birinin meyiti tapılıb.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri - 26 yaşlı Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda itkin düşən digər şəxs, 28 yaşlı Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir. 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar