Naxçıvanda Aşıqlar Birliyi təsis olundu
Naxçıvan Muxtar Respublikasında (NMR) Aşıqlar Birliyi yaradılıb. NMR Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında baş tutan təsis yığıncağında birliyin yaradılması haqqında qərar çıxarılıb.
Nazirliyin sözçüsü Əli Rzayevin Lent.az-a deyib ki, birliyin təsis edilməsində məqsəd özünəməxsus tarixi-mədəni ənənələri olan Naxçıvanda aşıq sənətinin yaşadılması, öyrənilməsi, gənc ifaçıların bu sənətə marağının artırılmasına nail olmaqdır.
“Hazırda muxtar respublikada şəhər və kəndlərində saz sənətinin öyrədilməsi ilə yanaşı, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Musiqi Kollecində saz ixtisası fəaliyyət göstərir. Birliyin yaradılması isə muxtar respublikada aşıq yaradıcılığının daha geniş və sistemləşdirilmiş şəkildə tədqiq və təbliğinə imkan verəcək”—Ə. Rzayev bildirib.
Təsis yığıncağında aşıq İxtiyar Seyidov birliyin sədri seçilib. Birliyin 5 nəfər üzvdən ibarət idarə heyəti yaradılıb.
Qeyd edək ki, birliyin təsis olunması NMR Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq həyata keçirilib.
Fariz YUNİSLİ

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15