Gülyaz Məmmədova: “Leylini oynamaqdan ötrü illərlə çarpışır”
Gənclər və İdman Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya mövzusuna həsr olunmuş “Gənclərin II Ümumrespublika Teatr Festivalı”na təqdim edilən tamaşalar noyabrın 27-dən 30-dək Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq.
Festival öncəsi Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülyaz Məmmədova festivalla bağlı təəssüratlarını bölüşüb. Əməkdar artist bildirib ki, fəaliyyət göstərdiyi Opera Teatrında heç vaxt tamaşaçı qıtlığı yaşamayıb: “Xüsusən də salon həmişə gənclərlə dolu olub. Min şükür, gənclikdə maraq görürəm. Hələ ki, tükənməyib və mənə elə gəlir ki, heç tükənməyəcək də. Sadəcə müəyyən səbəblər var ki, bir qrup gənci teatrdan qaçaq salıb. Bu, internet, sosial şəbəkələrdir. Musiqiyə də internet vasitəsilə qulaq asırlar, tamaşalara da internet vasitəsilə baxırlar. Yenə də deyirəm, bütün gənclərə bunu şamil etmək olmaz. Bu ciddi bir səbəbdir ki, gəncləri teatrlardan uzaqlaşdırır”.
Gülyaz Məmmədova bildirib ki, həmkarlarının opera sənətinə marağı böyükdür: “Opera sənətinə həmişə maraq görmüşəm. Hətta elə cavanlar var ki, Operada Leyli oynamaqdan ötrü illərlə çarpışır, öz üzərində çalışır. Çünki “Leyli və Məcnun” klassik əsər kimi hər zaman cavanların diqqət mərkəzində olub. Əsrlərdən bəri bu tamaşa səhnədə olub və hər zaman da tamaşaçısı ilə fərqlənib. Yaxud da digər tamaşaları misal çəkə bilərəm. Mən gənc həmkarlarımın adından deyə bilərəm ki, onların hər biri Şahsənəm, Əsli olmaqdan ötrü dəridən-qabıqdan çıxırlar”.

1791