Çexiya Milli Kitabxanasındakı Azərbaycana aid əlyazmalar araşdırılıb
Lent.az-ın Mədəniyət və Turizm Nazirliyinə istinadən məlumatına görə, ezamiyyətdə məqsəd Çexiya Milli Kitabxanasının Şərq fondunda qorunan Azərbaycanla bağlı XVII-XVIII əsrlərə aid qədim əlyazmanın öyrənilməsi və araşdırılmasıdır.
Ezamiyyət zamanı Çexiya Milli Kitabxanasının əlyazmalar və qədim kitablar şöbəsində qədim ərəb, fars, türk (Osmanlı) əlyazmaları tədqiq edilmiş və araşdırılıb.
Məlum olub ki, Çexiya Milli Kitabxanasında 1200 yunan, ivrit, ərəb, fars, türk, Şərq və s. dillərində əlyazmalar qorunub saxlanılır. Bunlardan 680 əlyazma ərəb (196), fars (149) və osmanlıcadır (335).
Kataloqda əlyazmalar dillərə ayrılaraq XVIII əsr «A» türk, XVIII əsr «B» fars, XVIII əsr «G» ərəb inventar nömrələri ilə kataloqlara salınıb.
Fars dilində olan 149 əlyazmanın 22-si Azərbaycana aiddir. Azərbaycanın görkəmli şairləri Nizami Gəncəvinin “Xəmsə”si, Məhəmməd Füzulinin “Hədiqətül -süəda”sı, Xaqani, Nəsimi, Saib, Məğribi Təbrizinin divanları ilə bağlı maraqlı məlumatlar əldə edilib.
Əlyazmalar XIV-XIX əsrləri əhatə edir. Fars dilində Nizami Gəncəvinin “Xəmsə” (XVI), “İsgəndərrnamə”, “Xosrov və Şirin”, “Külliyate-Nizami”, Füzulinin “Hədiqətül -süəda”, məşhur şərhçi Şadi Abadinin “Xaqani divanının şərhi”, “İksire təvarex” və “Ziynətül təvarix” adlı kitabları araşdırılmıb.
Nizami Gəncəvinin XIV əsrə aid olan yarımçıq qalmış qədim əlyazması olan “Yeddi gözəl” poeması öyrənilərkən məlum olmuşdur ki, “Xosrov və Şirin” poeması məşhur çex şərqşünası Yan Ripkaya hədiyyə verilmişdir. “Külliyate Nizami” XVII əsrə aid əlyazma 62 rəngli miniatürləri ilə diqqəti cəlb edir.
Çexiya Milli Kitabxanası üçün fars mütəxəssisləri tərəfindən işlənib hazırlanan elektron kataloqda XVIII «B 86» şifrəli əlyazma Nizami Gəncəvinin “Xəmsə”si kimi təsvir olunub. Əlyazmaya baxarkən bunun Əbdürrəhman Camiyə məxsus olduğu aşkarlanıb. Bu yanlışlıq Çexiya Milli Kitabxanasının əməkdaşlarına bildirilib, Azərbaycan Milli Kitabxanasının şöbə müdiri Xəyalə İsmayılova tərəfindən kitabın düzgün təsviri işlənib.
XIX əsrə aid “Ziynətül - təvarix” və Əli Qulu ibn - Xosrov Fəthəli şah Qacar tərəfindən yazılmış “İksiri -təvarix” adlı əlyazmalarda geniş olaraq, Səfəvi, Qacar, Ağqoyunlu, Qaraqoyunlu tarixinə aid materiallar verilib. Azərbaycanın Gəncə, Göyçə mahallarının adı çəkilmiş, görkəmli sərkərdələri haqqında məlumat yer alıb.
Türk dilində (osmanlıca) 335 əlyazmanın 15-i Azərbaycana aiddir. Füzulinin “Hədiqətül- süəda”sı, Nəsimi və Füzulinin divanları, Əbdül Məcid Fereştenin 2300 sözdən ibarət lüğəti, Mahmud ibn Məhəmməd əl-Təbrizi tərəfindən yazılmış ovçuluğun sirlərindən bəhs edən “Baznamə” kitabları öyrənilib. Bununla yanaşı, türk dilində tibbə aid müalicəvi reseptlər verilib.“İace - şərbət”, şəkilli hərbi memarlıqdan bəhs edən “Şərhə nosxeyi fənne -hərb” kitabları tədqiq edilib.
Ərəb dilində 196 əlyazmanın 2-si Azərbaycana aiddir. Kitablar Sührəvərdi və Tusi haqqındadır.
Səfər çərçivəsində Çexiya Şərqşünaslıq İnstitutunun kitabxanasında olan mütəxəssislərimiz oradakı əlyazmaları araşdırmış, bir neçə türk əlyazması ilə - Əhməd Əfəndi, İbrahim Çələbi, Əhməd Paşa, Suzi kimi şairlərin şeirlər toplusu və “Qurani Kərim”in türk dilinə tərcüməsi ilə yaxından tanış olublar. Burada XVII əsrə aid Nəsiminin divanına, Nizami Gəncəvinin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə”sinə baxılıb.
Araşdırma zamanı Qövsi Təbrizinin “Külliyyate- divane -Qövsi” adlı əlyazması diqqəti daha çox cəlb edib. Məlum olub ki, kitabda “Dişin ağrıyorsa çək qurtul”, “Ağac nə qədər bar gətirsə, başını aşağı dutar” və s. kimi qədim atalar sözləri, haşiyədə Füzulinin şeirləri və “Söz” qəzəlinə Q.Təbrizinin yazdığı nəzirə yer alıb.

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26