“Canni Skikki” Bakıda
Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında C. Puççunun “Canni Skikki” operasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 22-də keçiriləcək bu tamaşa dünyanın ən məşhur teatrlarının repertuarına daxildir. Opera ilk dəfə Nyu-Yorkda Metropoliten-Operanın səhnəsində 14 dekabr 1918-ci ildə tamaşaya qoyulub. İtaliyada isə ilk quruluşu 1919-cu il yanvarın 11-də həyata keçirilib. Tamaşanın premyeraları böyük uğurla baş tutub, həmin vaxtdan tamaşa dünya opera səhnəsi sıralarına daxil olub.
Tamaşanın quruluşunu həyata keçirməzdən əvvəl Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən tamaşanın not materiallarının İtaliyadan gətirilməsi üçün xüsusi iş aparılıb. Tamaşaya Ukraynadan dəvət edilən tanınmış və istedadlı opera rejissoru Nikolay Tretyak quruluş verir. N.Tretyak bundan əvvəl Teatrımızın səhnəsində P.Maskanyinin “Kənd namusu”, S.Raxmaninovun “Aleko”, V.-A.Motsartın “Hamı belə edir”, C.Puççininin “Boqema” operalarına quruluş verib.
Tamaşanın musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi, professor Yalçin Adıgözəlov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Tamaşada teatrın aparıcı solistlərindən xalq artisti Əli Əsgərov, əməkdar artistlər İnarə Babayeva, Gülnaz İsmayılova, Əkrəm Poladov, gənc solistlərdən Fəridə Məmmədova, Anton Ferştandt, İlham Nəzərov, Fərid Əliyev, Tural Ağasiyev, Səbinə Əsədova və Cahangir Qurbanov iştirak edəcəklər.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27