ABŞ-da Türk Mədəniyyət və İncəsənət Festivalı keçirilib
Avqustun 25-26-da ABŞ-ın Kaliforniya ştatının Monterrey şəhərində Türk Mədəniyyət və İncəsənət Festivalı keçirilib. Lent.az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, festivalda Azərbaycan yüksək səviyyədə təmsil olunub.
Ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə quraşdırılmış stenddə Azərbaycana dair müxtəlif məlumat kitabçaları, turist xəritələri, suvenirlər və kiçik xalçalar təqdim edilib, mahir kamança ifaçısı İmamyar Həsənovun təqdim etdiyi Azərbaycan musiqi nümunələri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Üç il Azərbaycanda yaşayıb, hazırda Monterreydə təhsil alan amerikalı tələbə Mayka Land çıxış edərək Azərbaycanın nailiyyətləri, zəngin tarixi və mədəniyyəti, azərbaycanlıların yüksək qonaqpərvərlik və tolerantlıq ənənələri barədə iştirakçılara ətraflı məlumat verib.
Azərbaycanın stendində qonaqlara ölkəmizdən idxal edilən və Kaliforniyanın yüzlərlə dükanında satışı uğurla həyata keçirilən nar şirəsi təqdim edilmiş və şirə festival iştirakçıları tərəfindən çox bəyənilib.
Jalə

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27