Xalq artistindən həyəcanlı açıqlama
Xalq artisti Mübariz Tağıyev əməliyyatdan sonra yeni yaradıcılıq işlərinə başlayacaq. Bu barədə Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, ürəyindən əməliyyat olunandan sonra bir müddət yaradıcılığına fasilə verməli olub: “Həmin vaxt konsert verməyə hazırlaşırdım. Ancaq gördüm ki, bacarmıram. Nəfəs almaqda çətinliklər yaşayırdım. Ürəyimin 4 damarı və tac damarı işləmirdi. 7 saat əməliyyat keçirdim. Bu söhbət əslində kişiyə yaraşan məsələ deyil. Ancaq mən həqiqətən ölümdən döndüm. Həyata yenidən gəldim. Əməliyyatdan sonra həkimlər dedi ki, Allah səni sevirmiş. Bu cür problemli ürəklə yaxşı ki, sən yolda yıxılıb qalmamısan”.
Havaların isti keçməsi səbəbindən səhhətində problem yarandığını deyən xalq artisti hazırda özünü yaxşı hiss etdiyini söyləyib: “Bir az təzyiqimdə problem yaranmışdı. Çox təlaşlandım. Həkimə müraciət etdim. Hər şeyin qaydasında olduğunu dedilər. Sən demə, havalar isti keçdiyi üçün səhhətimə təsir edibmiş. Çox şükür, ürəyim yaxşı işləyir”.
Xalq artisti həmkarı İlhamə Quliyevanın da onun kimi eyni səbəbdən əməliyyat olunduğunu vurğulayaraq bildirib ki, sənət adamlarının səhhətində həmişə problem olur: “Doğrudur bəzi adamlar qışqırır, sözü deyir, əsəbləri sakitləşir. Ancaq mən hər şeyi ürəyimə salıram. Bir ildə anamın və qardaşımın ölümü məni çox sarsıtdı”.
Bununla belə, xalq artisti yeni yaradıcılıq işlərinə başladığını deyib: “15-ə yaxın mahnılarım qalıb. Onları hazırlamalıyam. Bəstəkar Abbas Tufanoğlu, İlham Abdullayev, Faiq Sücəddinov, Eldar Mansurovdan hərəsindən bir neçə mahnılar var. Hamısı yığılıb qalıb, işləməliyəm. İndi məzuniyyətdən dönürəm. İlk işim konsert hazırlıqları olacaq”.
Jalə

Oxşar yazılar

Duyğularınıza toxunacaq 5 film -VİDEO
19 may 2025 , 12:54
14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26