Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavini Vüqar Haqverdiyevin uşaqlar üçün yazdığı “Saçları səməni oğlan” adlı nağıl kitabı işıq üzü görüb.
AMEA-dan Lent.az-a verilən məlumata görə, xalqımızın qədim milli bayramlarından olan Novruza həsr olunan nəşrin redaktoru AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova, rəssamı isə müəllifin özüdür.
Kitab Azərbaycan uşaq ədəbiyyatının inkişaf etdirilməsi, xalqımızın milli adət-ənənələrinin təbliği və uşaqların mənəvi-estetik tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir.
Qeyd edək ki, V.Haqverdiyev dəfələrlə respublikada keçirilən müxtəlif nağıl, eləcə də analitik yazı müsabiqələrinin qalibi olub.